Hacıqabulda polisə tabe olmayan yük maşınının sürücüsü həbs edilib. Aranxeber APA-ya istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində yerləşən stasionar DYP postunda polis serjantı Abduyev Məcid Nizami oğlu ön qeydiyyat nişanı olmayan “SHACMAN” markalı yük avtomobilini saxlayıb. Polis inspektoru avtomobili idarə edən İmişli şəhər sakini, 1996-cı il təvəllüdlü Şahpələngov Vilayət Sahib oğlundan avtomobilin […]
İmişli
İmişlidə aztəminatlı ailələrə yardım edilib
İmişli rayonunda karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır. Aranxeber xəbər verir ki, bu dəfə belə bir yardım “Messenat Holdinq” şirkətlər qrupunun rəhbəri Tofiq İsayevin təşəbbüsü ilə həyata keçirilib. O, Ramazan ayı və karantin rejimi ilə əlaqədar İmişli rayonu ərazisində yaşayan 500 […]
İmişlidə evdən oğurluq olub
İmişlidə mənzildən oğurluq olub. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb. Araşdırma aparılır.
İmişli sakinini şantaj edən sabirabadlı saxlanıldı
Hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov […]
İmişli kənd sakinləri:”İcra hakimiyyəti və polis bizi incidir”
Vətəndaşlar İmişlidə icra hakimiyyəti və polis işçilərinin onları incitdiyini iddia edirlər. Aranxeber Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Söhbət İmişli rayon Hacalmuradlı kəndindən gedir. Kənd sakinləri iddia edirlər ki, icra hakimiyyətinin işçiləri və polislər onlara heyvanları otlaq sahələrinə aparmalarına mane olur: “Otlaq sahələri icra hakimiyyəti tərəfindən ayrılıb. Amma heyvanlarını həmin otlaq […]




