Hadisə İmişli Region Sabirabad

İmişli sakinini şantaj edən sabirabadlı saxlanıldı

Hədə-qorxu yolu ilə pul tələb edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işinə başlanıb.