İmişli Region

İmişlidə aztəminatlı ailələrə yardım edilib

İmişli rayonunda karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.

Aranxeber xəbər verir ki, bu dəfə belə bir yardım “Messenat Holdinq” şirkətlər qrupunun rəhbəri Tofiq İsayevin təşəbbüsü ilə həyata keçirilib. O, Ramazan ayı və karantin rejimi ilə əlaqədar İmişli rayonu ərazisində yaşayan 500 aztəminatlı ailəyə köməklik edib.