Hadisə Region

16 yaşlı qız sirkə turşusu içdi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Aranxeber lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin İsgəndər Məmmədov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Cabbarlı Günay Coşqun qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yeniyetməyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 16 yaşlı G.Cabbarlı sevgilisi ilə mübahisə etdikdən sonra sirkə turşusu içib.

Faktla bağlı araşdırma aparılır.