Baş Kriminal Kürdəmir Region

Kürdəmirdə hamilə qadın güllələndi, vəziyyəti ağırdır

Kürdəmir sakini güllə yarası alıb.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində baş verib.

Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır.

Qeyd edək ki, K.Mövlayeva hamilədir.