Biləsuvar Region

İcra başçısı ilə birgə saxlanılan müavinləri

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib. Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Aranxeber Unikal.org-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyevlə birgə müavinləri – birinci müavini Xanlar Bayram oğlu Məmmədov, müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Elsevər Cəmil oğlu Həsənov, müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Cəbrayıl qızı Yüzbaşova da saxlanılıb