Hadisə İmişli Region

İmişlidə avtomobil piyadanı vurub

İmişli rayonunda avtomobil piyadanı vurub.

Aranxeber  xəbər verir ki, hadisə İmişlinin Otuziki kəndi ərazisində baş verib. 

Murquzalı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyev Şöhrət Ənvər oğlu yolu keçərkən “Reno” markalı avtomobil tərəfindən vurulub.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.