Göyçay Hadisə Ölkə Region

Göyçayda zəncirvari qəza baş verib-Foto

Göyçay şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aranxeber  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

“Opel”, “BMW” və “VAZ 21011” markalı minik avtomobillərinin iştirakı ilə baş verən zəncirvarı yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.