Dünya İdman

PSJ-li ulduz futbolçu “Barselona” ilə anlaşıb

PSJ-nin müdafiəçisi Leyvin Kurzava yeni komandasını müəyyənləşdirib.

Aranxeber Apasport.az-ya istinadən xəbər verir ki, fransalı futbolçu karyerasını İspaniyada davam etdirəcək.

“Arsenal”la ortaq məxrəcə gələ bilməyən sol cinah oyunçusu “Barselona” ilə ilkin razılıq əldə edib. 28 yaşlı Kurzava Kataloniya klubunun təklifini müsbət qarşılayıb, tərəflər ortaq məxrəcə gəliblər. Fransa millisinin üzvünün keçidinin rəsmiləşməsi üçün artıq mövsümün sonunu gözləmək qalır.

Qeyd edək ki, Leyvin Kurzavanın PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, Barselona PSJ-yə məbləğ ödəməyəcək.