İmişli Region

Zibilliklər ekoloji problemin səbəblərindən biri kimi

Həyatımızın bütün sahələrində qüsurlar mövcuddur. Cəmiyyət üçün bu çatışmazlıqlar, bəlkə də, təbiidir. Amma elə qüsurlar var ki, ciddi eyib, utanc yaradır…


XXI əsrdə yaşayırıq, amma hələ ki, zibillərimizi tökməyə yer tapa bilmirik. İmişli şəhərinin mərkəzində belə bu problemə rast gəlmək olur. Onminlərlə əhalisi olan şəhərdə zibil qutularının sayı çox azdır. Bəzi yerlərdə əhali zibili hətta şəhərin mərkəzindən keçən su kanalına atmağa məcbur olur.
Rayon bazarının qarşısında cəmi bir qutu var ki, bu da ehtiyacı ödəmir.


Zibilləri küçələrə atan insanlara buna görə irad tutanda isə cavab verirlər ki, hara ataq? Aidiyyatı qurum gətirib əraziyə zibil qutusu qoysun, biz də lazımsız tullantıları ora ataq. Məsələn, M.Müşfiq küçəsində yerləşən uşaq bağçasının ətrafında yaşayan insanlar bildirdilər ki, bu boyda ərazidə bir zibil qutusu yoxdur, aidiyyatı qurum dövlət tərəfindən ona verilən zibil qutularını neynir? Niyə gətirib heç olmasa, böyük küçələrə tullantı daşıyıcılarını qoymurlar? Bəlkə, zibil qutuları sahəsində də yeyinti var?
Bir sözlə, sual yağışından güclə qaçıb qurtardıq və utandıq… Haqlı iradlara nə deyəsən…

Kənan Şahpələngov

Araz Humanitar Tədqiqatlar İB