Ağcabədi rayonunda yük avtomobili yanıb.
Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən mətbuata verilən məlumata görə, rayonda “Shacman” markalı yük avtomobilinin 4 ədəd arxa təkəri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



