Şirvanda qəzalı vəziyyətdə olan məktəbin kollektivi başqa məktəbə köçürülüb.
Aranxeber APA-ya istinadən xəbər verir ki, Şirvan şəhər 21 saylı tam orta məktəbin binası qəzalı vəziyyətə düşdüyü üçün bağlanılıb. Bağlanılan məktəbin 624 şagirdi, 60 nəfərlik müəllim və işçi heyəti 18 saylı tam orta məktəbə köçürülüb. Köçürülmə ilə əlaqədar adı çəkilən məktəbdə 2-ci növbə dərs saatları yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən qəzalı vəziyyətə düşən məktəb sökülərək yerində 624 yerlik 3 mərtəbəli yeni məktəb binası tikiləcək. Məktəb binasının sökülməsinə artıq start verilib.
Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, tikinti işlərinin yeni dərs ili başlayanadək sonlandırılması nəzərdə tutulub.
