Maraqlı Ölkə

Azərbaycana yeni «Lada»lar gətirilir – QİYMƏTLƏR

“Koronavirus Rusiyanın «Lada» avtomobillərinin Azərbaycanda satışına təsir edib”.

Aranxeber xəbər verir ki, bunu Fed.az-a açıqlamasında şirkətin baş meneceri Zakir Bəşirov deyib.

Baş menecer bildirir ki, əlində pul olan adamların hamısı valyutadəyişmə məntəqələrinin qarşısındadır: “Maşın almaq istəyənlər oturub fikirləşir ki, bəlkə dollar qalxdı, elə pulumdan pul tutum”.

Şirkət rəsmisi ölkəyə gətirdikləri yeni avtomobillər haqqında da məlumat verib:

“Yeni “Lada X-Ray” avtomat karopka avtomobilləri gətirmişik. Bu maşının cipə oxşayan modelinin qiyməti 27 100 manatdır. “Lada Vesta SW Cross” avtomat karopka avtomobillər də yoldadır. Rəsmiləşdirmə olandan sonra qiyməti dəqiq bilinəcək. Ən sadə modellərin qiyməti 22 min manatdan başlayır. Rusiyada rublun məzənnəsi düşüb, bu da maşınların qiymətində 1% artıma səbəb olur”.

Zakirn Bəşirovun sözlərinə görə, şirkət avtomobil satdığı müştərilərlə mütəmadi əlaqə saxlayır:

“Bu əlaqə bizə gətirdiyimiz avtomobillərin mənfi və müsbət xüsusiyyətlərini müştəriləridən öyrənməyə imkan verir. Franasa istehsalı olan “Nissan” avtomat karopka avtomobillər “Reno” motorlarıdır. Artıq bunların bir neçəsini satmışıq. Müştərilərlə hamısı razılıq edirlər. Aralarında bir nəfər də olsun narazı qalan olmadı. Komplektasiyada elə xırdalıqlar var ki, digər brendin maşını olsaydı 35 min manatdan aşağı olmazdı.

“Lada X-Ray Cross” modeli “KIA Sportage”nin rəqibidir. Motor gücü əvvəlki kimidir, çox ekonomik maşınlardır. Sovet maşınları arasında benzin istifadədəsinə görə, həmişə “Piriora”nın adını çəkirlər. Belə demək mümkündürsə, bu maşın benzini iyləyir işlətmir. “Lada X-Ray Cross” modeli “Piriora”dan 1 litir artıq benzin işlədir. Avtomat karopka maşınlar yoldan asılı olaraq adətən 1-1,5 litir benzində fərq edir. Ful komplektasiya 27 100 manatdır. “Lada Vesta SW Cross” modelini bazara salmaq istəyirik. Yolda olmasına baxmayaraq, artıq bu modelin 10 nəfərə qədər sifarişçisi var. Rusiya bu avtomobillər dekabr ayından satışa çıxarılıb. Bizim sifarişçilər də Rusiyadan məlumatlı olan şəxslərdir”.