Artıq bir-neçə gündür ki, sosial mediada Sabirabad rayon sakini, 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlunun özlərini dənizə ataraq intihara cəht etdikləri barədə xəbərlar yayılıb.
Aranxeber xəbər verir ki, Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas etsələr də, gənc qız hələ də tapılmayıb.
Özünü dənizə ataraq intihar etdiyi deyilən Nəzakət Rzazadənin atası Müğdət Rzayev hadisə haqqında danışıb. O, hadisəyə elçi gəlmə donu geyindirənləri yalançı adlandıraraq, onun evinə qızı üçün kimsənin elçi gəlmədiyini bildirib:
“Oğlanın atası mənə zəng edib dedi ki, oğlum qızını qaçırıb. Bundan sonra da qız haradadır bilmirik. Deyirlər ki, guya özünü suya atıb. Qızıma nə olubsa, oğlan bilir”.
Nəzakət Rzazadənin anası da bununla bağlı açıqlama verib:
“Həmin oğlandan var-dövlət istəmirəm, deyirəm qızımı hara atmısan de, axtarıb tapaq, sonra aparıb basdıraq. Mənim evimə elçi gəlib, qapımı açan olmayıb, qızını istəyirəm deyə sifariş də etməyiblər. Elçi qapıya gələr. Mənim qızımın ərə getmək fikri yox idi, ona ləkə yaxırlar. Qızımı qaçırana demək istəyirəm ki, mənim qızımı sevirdinsə, bu həyatda niyə yaşayırsan, sən də öləydin! Mən də yəqin sevirmiş deyərdim”.
.



