Hadisə Ölkə

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir – FOTOLAR

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Ordu.az-ın məlumatına görə, hazırda şəhidin dəfn mərasiminə hazırlıq prosesi gedir.

Qeyd edək ki, şəhid Tovuz rayon Qazıqulu kənd sakinidir. O, ailəlidir və 2 azyaşlı övladı var.