64 saylı Sabirabad seçki dairəsinin sədri Şükür İmanov dünyasını dəyişib.
Aranxeber xəbər verir ki, yaxınlarının dediyinə görə Ş. İmanov bir neçə il idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Onun ürəyində və böyrəyində problemlər vardı. Böyrəyinin biri bir müddət əvvəl əməliyyatla götürülüb. Son 3 gündə isə vəziyyəti ağırlaşdığı üçün işə çıxmayıb və xəstəxanaya yerləşdirilib.
Komaya düşən Şükür İmanovun həyatını xilas etmək mümkün olmayıb. O bu gün günorta saatlarında yaşadığı Qaratəpə kəndində vəfat edib



