Ağdaş sakini zəhərlənib.
Aranxeber xəbər verir ki, rayonun Yuxarı Ləki kənd sakini, 2001-ci il təvəllüdlü Səmədova Aygün Mehman qızının fevralın 16-sı axşam saatlarında yaşadığı evdə anidən səhhəti pisləşib.
A. Səmədova təcili Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin olaraq “Menengit” diaqnozu qoyularaq müayinə və müalicə edilib, lakin A. Səmədovanın vəziyyəti yaxşılaşmayıb.
Fevralın 17-də səhər saatlarında A.Səmədovanın valideynləri onun dərman içərək zəhərlənə biləcəyini dedikdən sonra xəstənin mədəsi yuyulub, vəziyyəti ağır olduğundan paytaxta göndərilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma aparılır.



