Ağcəbədi Baş Hadisə Region

Ağcabədidə yük maşını qəza törətdi – ÖLƏN VAR

Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

Aranxeber xəbər verir ki, ronun Qaravəlli kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1977-ci il təvəllüdlü Qardaşxanov Rövşən İsa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.