Baş Sosial

MSK: Növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində 1314 deputatlığa namizəd mübarizə aparacaq.

aranxeber.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da bu gün keçirilən mətbuat konfransında bildirib.

MSK sədri deyib ki, deputatlığa namizədlərin sayı 1314 nəfərdir. Deputatlığa namizədlərin 21% qadın, 79%-i kişidir.

Qeyd edək ki, parlament seçkilərinə qatılmaq üçün ümumilikdə 2431 nəfər müraciət etmişdi.