Baş Dünya Hadisə

Türkiyədə içərisində turistlərin olduğu avtobus aşıb, 43 nəfər yaralanıb

Türkiyədə 43 nəfərin xəsarət alması ilə nəticələnən avtobus qəzası baş verib.

aranxeber.com apa-ya istinadən xəbər verir ki, hadisə Kayserinin Dəvəli rayonunda baş verib. Hadisənin baş verməsinə səbəb yolun buz bağlaması olub.

Belə ki, Adanadan Kayserinin Erciyes Dağı Qış Turizmi mərkəzinə gedən turizm avtobusu aşıb. Xəstəxanalara çatdırılanlar arasında ağır yaralıların olduğu da bildirlib.

Faktla bağlı araşdırmaya başlanıb.