Baş Hadisə

İçərişəhərdə partlayış baş verib, xəsarət alanlar var

Bu gün saat 17:10 radələrində Səbail rayonu ərazisində – İçərişəhərdə, İlyas Əfəndiyev küçəsində güclü partlayış baş verib.

aranxeber.com publika.az-a istinadən xəbər verir ki, İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzildə qaz sızmasından güclü partlayış qeydə alınıb. Nəticədə, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları, xilasetmə qüvvələri və polislər cəlb edilib.