TİPİİ-nin İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində yaranan vakant yerlərə imtahan nəticəsi və coğrafi bölgü prinsipi əsasında namizədlərin əlavə yerləşdirilməsi davam edir.
aranxeber.com azedu.az-a istinadən xəbər verir ki, kimya, biologiya, informatika və ingilis dili , riyaziyyat fənləri üzrə yeni vakansiyalar elan olunub. Qeyd olunan vakant yerlərlə bağlı 2018 və 2019-cu illərdə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq bölmə və fənn üzrə imtahan nəticəsi olan namizədlər müraciət edə bilərlər.
Namizədlər müraciətlərini qısa şəkildə TİPİİ-nin İnsan Resurları Mərkəzinin rəsmi “facebook” səhifəsinin (ad, soyad, ata adı, imtahan nəticəsi, seçmək istədiyi vakant yer) rəylər bölməsinə qeyd edə bilərlər.
Qeyd edək ki, vakansiyalara müraciət 1 gündür.



