Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər barama tədarükünü başa çatdırıblar.
aranxeber.com Azərtac-a istinadən xəbər verir ki , laçınlı məcburi köçkün ailələr Taxtakörpü ərazisindəki obalarda bu il 37 qutu (703 qram) ipəkqurdu toxumu bəsləyiblər. Tədarük edilən 1296,78 kiloqram barama “Azəripək” MMC-yə təhvil verilib.
Qeyd edək ki, ipəkqurdunun yem bazasını təmin etmək məqsədilə Taxtakörpü ərazisində 11 min ədəd tut tingi əkilib. Laçınlı kümçülər ötən il ilk dəfə olaraq 26 qutu (494 qram) ipəkqurdu toxumu bəsləyib, 1067 kiloqram barama istehsal ediblər.