Baş Hadisə Region

Şəmkirdə baş verən yol qəzasında ölənlərin şəxsiyyətləri məlum olub

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

aranxeber.com xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun şərti olaraq “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.

Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Qəza zamanı ağır xəsarət almış yaralı xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı həlak olanlar 1977-ci il təvəllüdlü Habil Hüseyn oğlu Əmiraslanov, onun qardaşı, 1973-cü il təvəllüdlü Şahin Huseyn oğlu Əmiraslanov və əmisi oğlu, 1983-cü il təvəllüdlü Ramil Söhrab oğlu Əmiraslanovdur

Faktla bağlı araşdırma aparılır.