İmişli məktəbliləri “Əlaçı” televiziya layihəsində iştirak ediblər
aranxeber.com xəbər verir ki, Təhsil Nazirliyi tərəfindən hər il həyata keçirilən “Əlaçı” televiziya layihəsinin ilkin mərhələsinə start verilib. Əsasnaməyə görə, layihədə 10-cu sinif şagirdlərindən ibarət hər rayon üzrə 15 nəfər oğlan, 15 nəfər qız olmaqla, ümumilikdə 30 nəfər şagird iştirak edə bilər.
İmişli rayonunun ümumtəhsil məktəblərindən seçilmiş 30 nəfər şagird də “Əlaçı” televiziya layihəsinin Şirvan şəhərində keçirilən ilkin seçim turunda iştirak ediblər.
Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin müxtəlif fənlər üzrə intellekt bacarıqlarının səviyyəsini müəyyənləşdirmək və daha da artırmaqdır.
“Əlaçı” televiziya layihəsinin seçim turunda qalib gələn şagirdlər Bakıda keçiriləcək növbəti tura vəsiqə qazanacaqlar. Finalın qalibləri isə televiziya layihəsində iştirak etmək hüququ əldə edəcəklər.



