Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
aranxeber.com xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.
Yol qəzasında “VAZ 2106” markalı iki minik maşını toqquşub. Nəticədə sürüçülərdən biri, Kürdəmir rayonunun Mollakənd kənd sakini, 1995-ci il təvəllüdlü Aslan Rüstəm oğlu Xasanov hadisə yerində ölüb.
aranxeber.com-ın əldə etdiyi məlumata görə hadisə zamanı xəsarət alanlar 3 nəfərdir. Bunlar Kürdəmir rayonunun Carlı kənd sakinləri – 1984-cü il təvəllüdlü Aygül Əlhüseyn qızı Kərimova, 2006-cı il təvəllüdlü Rəhman Rəşid oğlu Kərimov və Xəlsə kənd sakini, 1938-ci il təvəllüdlü İsgəndər Həbiş oğlu Rəhimovdur.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



