Baş Layihə Region Sosial

Ağstafada icma fəallarına təlim keçirilib

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi , Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qazax, Ağstafa və Tovuz rayonlarının kənd icmalarının problemlərinin həllinə dəstək üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və medianın səfərbər olunması” layihəsi çərçivəsində 27-28 oktyabr 2022-ci il tarixində Ağstafa rayonunda icma fəallarına təlim keçirib. 

Aran Xəbər” məlumat verir ki, Birliyin 27 oktyabrda Tatlı kəndində, 28 oktyabrda Zəlimxan kəndində keçirilən təlimlərinin hər birində 15 nəfərdən çox icma fəalı və Ağstafa rayon icra hakimiyyəti əməkdaşları iştirak edib.

Tədbirləri giriş sözü ilə açan Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu Layihə və QHT-lərə Dövlət Dəstəyi Agentliyi barədə ətraflı məlumat verərək icma təşkilatlanmasının vacibliyini vurğuladı. Daha sonra təlimçi Fuad Bədəlov və ekspert Rafiq Muradov iştirakçılara icmaların yaranması, srtukturu, fəaliyyət sahələri. icmaların problem ətrafında təşkilatlanması və yerli problemlərin həlli üçün icma, yerli hakimiyyət, bələdiyyə və vətəndaş cəmiyyəti təşkilatlarının uğurlu işbirliyi nümunələrindən danışıb, ətraflı məlumat veriblər. İcma fəalları indiyə qədər icmanın öz gücü ilə Tatlı və Zəlimxan kəndlərində görülmüş işlərdən danışdılar. Təlimlərin sonunda icma üzvləri icmanın əsas problemlərini müəyyənləşdirib və həlli yolları barədə qrup işi həyata keçiriblər.