Baş Region

Kərbəlada itkin düşmən İmişli sakinindən yeni xəbər gəldi.

aranxeber.com xəbər verir ki, bir neçə gündür İmişli rayon Sarıxanlı kəndinin axundu Yusifov Davər Qafar oğlu Kərbəla ziyarətində itkin düşməsi xəbəri rayon əhalisi arasında geniş yayılıb.

Rayonun Sarıxanlı kənd sakinlərinin aranxeber.com -a açıqlamasında olayın bəzi təfərrüatı bəlli olub.

Məlumata görə, Davər Yusifov Kərbəla ziyarətinə həyat yoldaşı ilə gedib:

“Onlar buradan birlikdə gediblər, amma ziyarət zamanı əhalinin six olması səbəbi ilə, Davər Yusifov həyat yoldaşından ayrılaraq itkin düşüb. Onun itkin düşməsi ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Bu gün həyat yoldaşı Kərbəla ziyarətindən evinə gələcək. Həyat yoldaşı bildirib ki, bunlara bələdçilik edən şəxs hazırda oradadır. Onunla əlaqə saxlayıblar. Deyib ki, 10 gün Kərbəlada qalacaq və bu müddətdə hər hansı bir məlumat olarsa, Davərin ailəsinə bildirəcək”.

Daha bir kənd sakinin verdiyi məlumata görə isə bir az əvvəl İran İslam Respublikasından bir nəfər azərbaycanlı zəng edərək bildirib ki, Davərlə xəstəxanada görüşüb və Davər ondan ailəsinə sağ olduğunu bildirməyi xahiş edib. Həmin adam Bakıya çatdıqda xəstəxananın yeri və ünvanə barədə ətraflı məlumat verəcəyini bildirib.