“Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil”.
aranxeber.com-ın Report.az- əsasən verdiyi məlumata görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Düşənbədəki danışıqlara əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib: “Amma bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”.
Xatırladaq ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayan noyabrın 6-da bildirib ki, Azərbaycanla Ermənistanın Müdafiə nazirlikləri arasında əlaqə yaradılıb.



