Baş Ölkə Sosial

Ən yüksək cərimələr Azərbaycandadır

Azərbaycanda və eləcə də digər ölkələrdə sürücülərin ən çox pozduğu yol hərəkəti qaydaları arasında kəmər bağlamamaq və telefonla danışmaq kimi qayda pozuntuları da yer alır.

aranxeber.com  Yeniavaz.com -a istinadən xəbər verir ki, qeyd olunan qayda pozuntularını törədən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə  əsasən cərimələnirlər.

Məcəllənin 342.6. maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə – əlli manat məbləğində cərimə edilir. Məcəllənin 329.1. maddəsinə görə isə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə – qırx manat məbləğində cərimə edilir.

Maraqlıdır ki, region ölkələrində kəmər bağlamamaq və telefonla danışmaq kimi qayda pozuntularına tətbiq edilən cərimələr Azərbaycanla müqayisədə aşağıdır.

 
Ölkələr
Kəmər bağlamamağın cəriməsiTelefonu əldə
tutaraq danışmağın cəriməsi
Azərbaycan21 €
(40 manat)
27 €
(50 manat)
Rusiya14 €
(1000 rubl)
21 €
(1500 rubl)
Ermənistan9 €
(5 000 dram)
6 €
(3 000 dram)
Gürcüstan13 €
(40 lari)
9 €
(30 lari)
Türkiyə16 €
(108 lari)
16 €
(108 lari)
Ukrayna2 €
(51 qrivna)
15 €
(425 qrivna)
Belarus11 €
(27 rubl)
23 €
(52 rubl)