Ölkə

Saatlıda “Foto Akademiya” layihəsi başa çatdı

08.04.2023-cü il tarixində Saatlı rayonunda Azərbaycan Gənclər Fondunun “İdeyanı Reallaşdır -2022” Qrant Müsabiqəsinin qalib layihələrindən olan “Foto Akademiya” layihəsinin bağlanış tədbiri keçirildi.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə layihədə iştirak edən 15 nəfər gənc iştirak etdi. Tədbirdə layihə müddətində görülən işlər və layihənin davamlığı üçün nəzərdə tutulan planlar haqqında ictimaiyyətə geniş məlumat verildi.

Aran Xəbərə müsahibə verən layihə rəhbəri, gənc fotoqraf  və təlimçi kimi fəaliyyət göstərən Ramil Süleymanov bildirdi ki, layihəni yazarkən “Gənc istedat” qrantı istiqamətini seçdim. Məqsədim  rayonumuzda istedadlı gəncləri bir araya topalmaq, özünü inkişaf etdirmək istəyən, işsiz və həvəskar  fotoqraflardan bir komanda formalaşdırmaq idi. Bu səbəbdən layihənin icra müddətində iştirakçı gənclərlə onların inkişafı istiqamətində ardıcıl iş aparmışıq. Hesab edirəm ki, yaxın gələcəkdə bu işlərin nəticəsi olaraq regionumuzda bu sahədə xeyli aktiv və istedadlı gənc görəcəyik. Bu gənclər hər biri ölkəmizin inkişafına öz töhfəsini vermiş olacaq.

   R. Süleymanovun sözlərinə görə, 5 ay davam edən layihədə fotoqrafiyanı öyrənmək istəyən 15 nəfər gənc foto və video  təlimlərinə cəlb edilib. Həftədə 2 dəfə keçirilən təlimlərdə təlimçi Gülağa Hüseynli və Aslan Muxtasimov gənclərlə ardıcıl iş aparmış, müxtəlif  öyrətmə üsullarından istifadə edərək gənclərin  bacarıqlarını inkişaf etdirmişlər.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edildi.