Ölkə

Şəmkirdə radikal dini cərəyanlara qarşı mübarizə tədbirləri gücləndirilir

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Şəmkir Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim İctimai Birliyi “Radikal dini cərəyanların və ekstremizmin   durdurulmasında mübarizə tədbirlərinin təşkili” mövzusunda 03 iyul   2023-çü il tarixdən fəaliyyətə başlamışdır.

Xeberle.com xəbər verir ki, milli-mənəvi dəyərlər əsasında formalaşmış bəşər mədəniyyətinin bazisində din  amili mühüm yer tutur.  Din mahiyyətçə passivlik tələb edən, lakin xaraktercə aktivlik göstərən bir sahədir. Bu səbəbdən din ətraflı diqqət istəyir.

Qloballaşma elə bir prosesdir ki, bu zaman tutduğu mövqeyindən asılı olaraq milli-mənəvi dəyərlərin tənəzzül etməməsi və aşınmaması istiqamətində hər bir vətəndaş öz vəzifəsini yerinə yetirməli, bu yöndə bütün bilik və bacarığını səfərbər etməlidir. Bu məsələ həm də öz növbəsində QHT-ləri  də narahat edir.

Bildiyimiz kimi bu istiqamətdə ümumimilli liderimiz Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin xüsusi nəzarəti ilə çoxlu tədqiqat işləri aparılmış, bir çox kitablar yazılmış, dəyirmi masalar, konfranslar və s. keçirilmişdir.

Əsas aktuallıq kəsb edən odur ki, necə etmək lazımdır ki, bizim milli-mənəvi, dini dəyərlərimiz, əxlaqi qaydalarımız dünyanı öz ağuşuna almış bu qloballaşma prosesini daha da zənginləşdirsin, ona bir növ öz töhfəsini versin.

Radikalizm, terrorizm və s. qlobal fəlakətdir. Bu səbəbdən vətəndaş cəmiyyəti nümayəndələrinın də əsas məqsədlərindən biri onunla mübarizədir. Müasir dövrdə bəşəriyyət dini radikalizm, terrorizm və ekstremizm kimi bəlalardan əziyyət çəkir. Ölkəmiz bu bəlalardan qurtulmaq üçün ən güclü vasitələrdən belə istifadə edir. Bu vasitələrdən biri dövlətimiz  multikultiralzmi yüksək səviyyədə inkişaf etdməsidir. 

 Azərbaycanın qərb regionunda dini maarifləndirmənin səviyyəsinin yüksəldilməsi, maarifləndirmənin hər hansı məzhəblik deyil, ümumi saf dini prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi,  gənclərə vətənpərvərlik və s.  ruhunun aşılanması  amilləri mühüm əhəmiyyət kəsb edir. Maarifləndirmədə dini dözümlülük mühitinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi  vacib amildir. Dini dəyərlərin təbliği və insanları radikalizmin təsirindən qorumağın ilkin metodu maarifləndirmə işinin aparılmasıdır. 

Layihə çərçivəsində Şəmkir rayonunda 4 məlumatlandırma sessiyalarının həyata keçirilməsi planlaşdırılmışdır. Eyni zamanda ardıcıl olaraq  radikal dini cərəyanların və ekstremizmin   durdurulmasında mübarizə aparılması üçün gənclər arasında daimi maarifləndirmə işləri həyata keçiriləcək. Mətbuatda və yerli media orqanlarında bu mövzu ətrafında müzakirələrin aparılması da nəzərdə tutulmuşdur.