Hadisə Ölkə

Daha bir şəhidimiz dəfn olundu – FOTO

Vətən müharibəsində şəhid olan və aylar sonra nəşi tapılan kiçik çavuş Anar Siyavuş oğlu Nurullayev torpağa tapşırılıb.

2001-ci il təvəllüdlü şəhidimiz bu gün Sabirabadın Osmanlı kəndində dəfn olunub.

Qeyd edək ki, Anar Nurullayev müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb.