Karantin rejim qaydalarının təmin olunması məqsədilə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Aranxeber APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozaraq heç bir zərurət olmadan küçədə gəzən 9 nəfər şəhər sakini saxlanılıb. Saxlanılan şəxslər karantin rejimini pozduqlarına görə barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol […]
Şirvan
Şirvanda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib
Şirvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri Natəvan küçəsində qeydə alınıb. “VAZ 21011” markalı avtomobil yolu keçən şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Ramil Ramiq oğlunu vurub. Nəticədə piyada kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şirvanda intihara cəhd
Şirvanda özünü çaya atmaq istəyən gənc xilas edilib. Aranxeber APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Moranlı kənd sakini, 1997-ci il təvəllüdlü Camallı Camal Mirzə oğlu Şirvan və Sabirabad rayonlarını birləşdirən Kür çayı üzərindəki körpünün üzərinə çıxaraq oradan özünü çaya atamaq istəyib. Valideynləri ilə mübahisə edən 23 yaşlı gənclə Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul […]
Şirvanda karantin rejimini pozan şəxslər həbs edilib
Şirvan şəhəri ərazisində profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir. Aranxeber APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq aprelin 5-dən etibarən Şirvan şəhərində hərəkət məhdudiyyəti tətbiq edilib, şəhər Polis Şöbəsinin əməkdaşları ilə bərəbər Daxili Qoşunların şəhər ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgər heyəti də xüsusi karantin rejiminə nəzarət […]
Şirvanda karantin rejimini pozan dörd nəfər həbs edildi
Karantin rejimi qaydalarının təmin olunması məqsədilə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Aranxeber xəbər verir ki, Şirvan şəhər polis şöbəsindən verilən məlumata görə, şəhər ərazisində heç bir zərurət olmadan xüsusi karantin rejimi qaydalarını pozaraq küçədə gəzən dörd sakin polis əməkdaşları tərəfindən saxlanılıb. Karantin rejimini pozduqlarına görə 1992-ci il təvəllüdlü Cəfərov Təbriz Səmədağa oğlu (13 […]




