Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub. Aranxeber xəbər verir ki, Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb. Həmin əmrə əsasən, Nəsif Nəcəfov Neftçala rayon prokuroru vəzifəsinə təyin edilib. Bu təyinata qədər N.Nəcəfov Gəncə şəhər prokurorunun müavini vəzifəsində çalışıb.
Neftçala
Neftçala və Beyləqan sakinlərindən narkotik götürülüb
Neftçala və Biləsuvar rayonlarında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb. […]
Kürdə batan 64 yaşlı Neftçala sakininin meyiti tapıldı
Neftçalada 64 yaşlı kişi Kürdə batıb. Aranxeber xəbər verir ki, bu barədə mətbuata FHN məlumat yayıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə, Kür çayının Neftçala rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Ağayev Böyükağa Mirzəağa oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış […]
Neftçalada oğurluq hadisəsi
Neftçalada evdə oğurluq hadisəsi baş verib. Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Boyat kəndindəki evlərin birindən 1 465 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Musayev saxlanılıb.
Neftçala rayonunda Koronavirus-a qarşı mübarizə dəvam edir-FOTO
Neftçala rayonunun bir çox ictimai-iaşə və xidmət obyektlərində, yaşayış massivlərində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.⠀




