Baş Hadisə Neftçala Region

Neftçalada oğurluq hadisəsi

Neftçalada evdə oğurluq hadisəsi baş verib.

Aranxeber xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də Boyat kəndindəki evlərin birindən 1 465 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Musayev saxlanılıb.