Martın 23-də Salyan rayonunun Şorsulu kəndi ərazisində kənd sakini xuliqanlıq zəminində Yardımlı rayon sakini Ə.Şükürlünü döymüş və ov tüfəngindən havaya 2 dəfə atəş açıb. Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən mətbuata verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Cəfərov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi […]
Salyan
Vilayət Eyvazov yeni polis rəisi təyin edib
Salyan polis şöbəsinə rəis təyinatı olub. Aranxeber xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sumqayıt Şəhər Polis şöbəsinin rəis müavini işləmiş polkovnik Nəzər Əsgərov Salyan rayon polis şöbəsinin rəisi təyin olunub. Bundan əvvəl Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işləmiş polis polkovniki Cəbrayıl Vəliyev Nəqliyyatda Baş Polis İdarəsində […]
Salyanda minik avtomobili yanıb
Salyan rayonununda yanğın hadisəsi olub. Aranxeber Trend-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Rayonun Qarabağlı kəndində “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Azəriqaz” rəhbərliyi Salyan, Neftçala və İmişlidə vətəndaşları qəbul edib
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Salyan rayonunda sakinlərlə görüşüb. Aranxeber-in “Azəriqaz”a istinadən verdiyi məlumata görə, İB-in baş direktorunun müavinləri-Ramil İsgəndərovla Cahid Hüseynov isə Neftçala və İmişli rayonlarında sakinlərin problemlərini dinləyiblər. Qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər. Hər bir vətəndaşın […]
Salyanda ikimərtəbəli ev yanıb
Salyan rayonu, Xələc kəndində ümumi sahəsi 160 m2 olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanıb. Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.




