Baş Bərdə Kriminal Region

Bərdədə oğul anasını və bacısını amansızlıqla qətlə yetirdı və təslim oldu

Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb.

Aranxeber  xəbər verir ki, ötən gün Bərdə rayonunun Alaçadırlı kəndində anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub. 

Qeyd edək ki, iyunun 1-də gecə saatlarında rayonun Alaçadırlı kəndində T.Zeynallı qısqanclıq zəminində 41 yaşlı anası Zeynalova Nazirə Həmid qızını ov silahı ilə atəş açaraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Zeynallı Əminə Musa qızı evdən qaçıb. Bacısının arxasınca düşən T. Zeynallı onu Bərdə rayonunun Kələntərli qəsəbəsində yaxalayaraq həmin silahla öldürərək qaçıb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.