Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Aranxeber xəbər verir ki, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib.
“VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, Mirəliyev Elnur Xanış oğlunu vurub.
Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.



