Hadisə Region Yevlax

55 yaşlı kənd sakini qonşusu tərəfindən bıçaqlandı

Yevlaxda iki qonşu arasındakı mübahisə bıçaqlanma ilə nəticələnib.

Aranxeber xəbər verir ki, hadisə rayonun Hacıselli kəndində baş verib.

Belə ki, 55 yaşlı kənd sakini İldırım Qocayev mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Döş qəfəsindən iki bıçaq zərbəsi alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.