Region Saatlı Sosial

Saatlıda ahıl və tənha şəxslərə yardım edildi-FOTO

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Saatlı Rayon İcra Hakimiyyəti  “Biz birlikdə güclüyük!” adlı xeyriyyə aksiyasını davam etdirir.
Xüsusi karantin rejimi müddətində rayonda yaşayan ahıl, tənha şəxslərə və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır.