Ağcabədi regional mədəniyyət idarəsi Ağdam Rayon Cabbar Qaryağdıoğlu adına 1 saylı uşaq musiqi məktəbinin direktoru, Könül Kərimovanın rəhbərliyi ilə Elgiz Əliyev, Könül Xəlilzadə, Natiq Mustafayev, Fatimə Baxışova və Namiq Mustafayev Baki şəhər Nizami rayonunda konsert proqramı təşkil edib.
Aranxeber xəbər verir ki, Ağdamlı musiqiçilər öz ifaları ilə hündürmərtəbəli binalarda yaşayan şəhər sakinlərinə bir anlıqda olsa da karantin rejimi dönəmində xoş anlar yaşadıb. Evdə qal prinsipinə əməl edən bina sakinləridə öz eyvanlarına çıxaraq ifaçıları alqışlarla qarşılayıblar.



