Baş Ölkə Təhsil

Onlayn keçilən mövzulardan buraxılış və qəbul imtahanına suallar salınacaqmı?-DİM açıqladı

Aranxeber aztehsil.com-a istinadən xəbər verir ki , DİM facebook hesabında bildirib ki, tədris olunmayan mövzulardan suallar salınmayacaq. Həmçinin, bütün abituriyentlərə həmin dərsləri izləmək tövsiyə olunur.
“Bildiyiniz kimi hazırda Təhsil Nazirliyi tərəfindən məktəbdə tədris olunan mövzulara uyğun video dərslər təşkil olunur. Bundan əlavə, DİM-in “Youtube” kanalına da vizual dərslər yerləşdirilir. Bütün abituriyentlərə tövsiyə olunur ki, həmin dərsləri izləsinlər. Bununla yanaşı, Təhsil Nazirliyindən alacağımız məlumata əsasən hansı mövzular tədris olunmayacaqsa, həmin mövzulardan imtahan sualları tərtib olunmayacaq”.
 “Təxirə salınan imtahanlar, sənəd qəbulunun vaxtı, eləcə də digər tədbirlərin qrafiki Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir”


Məlumat üçün bildirək ki, martın 1-də 9-cu siniflər üçün keçirilən buraxılış imtahanının cavabları yaxın günlərdə elan olunacaq.