Baş İmişli Region Sağlamlıq

İmişlidə COVİD-19-a qarşı zəruri tədbirlər davam etdirilir-FOTO

İmişli rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Aranxeber xəbər verir ki, Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər İmişli rayonunda da davam etdirilir.

Bu məqsədlə qadağalara baxmayraq hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək “evdə qal” kompaniyasına qoşulmaq tövsiyyə olunur.