Sabirabad rayonunda yaşayış binasında yanğın olub.
Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən mətbuata verilən məlumata görə, Sabirabad rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 62 m² olan aptekdə 1 ədəd kondisioner və tibbi ləvazimatlar 5 m² sahədə yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb



