Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlunun batması barədə məlumat daxil olub.
Aranxeber Nazirliyə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edək ki, Sabirabad rayonunun Əsədli kənd sakini, 1976-cı il təvəllüdlü Abbasov Ziyad İsfəndiyar oğlu ötən gün saat 16:00 radələrində itkin düşdüyü barədə Sabirabad polisinə müraciət edilib. Yaxınları onun özünü Kür çayına atmasını istisna etmir.
Faktla bağlı araşdırma aparılır.



