Biləsuvar şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Aranxeber xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, martın 17-də saat 1 radələrində Biləsuvar şəhərinin ərazisində Masallı rayon sakinləri Z.Kişiyevin idarə etdiyi “KamAZ” və Elnur Allahyarovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.



