Baş İmişli Region Sosial

79 saylı İmişli Seçki dairəsinin bəzi məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilib

Bu gün MSK-nın iclasında 79 saylı İmişli Seçki dairəsindən namizədlər – Hüseynli İlqar, Fərzəliyev Muradın və Əkbərli İltizamın şikayətinə baxılıb.

Aranxeber xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, müraciətlərdə çoxlu sayda videogörüntülər, protokollar, aktlar MSK-ya təqdim edilib:

“Araşdırma zamanı namizədlər MSK-da olublar. Gecə saatlarına qədər biz onlarla araşdırmanı aparmışıq. Aparılan araşdırma nəticəsində iki məntəqə üzrə seçki qanunvericiliyinin pozulmasını müşahidə etmişik. 14 saylı və 23 saylı məntəqədə keçirilən səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Seçki məntəqələrində əsas mübahisələndirilən məsələ protokolların namizədlərə verilməməsidir. Fərzəliyev Murad isə 43 seçki məntəqəsinin 37-sindən protokolları əldə edə bilib. F.Murad şikayətə əlavə olaraq, 19, 20, 21 saylı məntəqələrdə də seçkinin nəticələrini araşdırmağı xahiş edib. Ekspert Qrupu sosial şəbəkədə yayılan və veb-kameralardakı görüntüləri də araşdırıb. 14, 16, 21, 23, 25 saylı məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.