Baş Hadisə Region

İmişlidə 1500 abonentin qazı kəsilib

Fevralın 14-də gecə saat 23:00 radələrində İmişli rayonunun Aranlı və Qızılkənd kəndlərini təbii qazla təmin edən 225 millimetr diametrindəki polietilen qaz kəmərinin metal hissəsini ərazidə baş vermiş yol nəqliyyat hadisəsi səbəbi ilə qırılıb. Nəticədə 1500 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

aranxeber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qaz təchizatının fevralın 15-də səhər saatlarından etibarən bərpasına başlanılıb.