Baş Sosial

Namizədlər MSK-nın qarşısında oturaq aksiyaya başladılar

“Hərəkət” seçki blokunun 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədi Rəbiyyə Məmmədova və Müsavat Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Elman Quliyev Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında oturaq aksiyaya qərar veriblər. 

aranxeber.com Toplum.tv-yə istinadən xəbər verir ki, onlar seçkilərin total saxtalaşdırılmasına etiraz edir və nəticələrin ləğvini tələb edirlər.

Rəbiyyə Məmmədova aksiyanın davam edəcəyini deyir. O, MSK-nın qarşısında “Saxtakarlığa son” şüarı səsləndirib.